Rusiyada Facebook tamamilə bloklandı

Roskomnadzor Rusiyada Facebook sosial şəbəkəsinin bloklandığını rəsmən elan edib. 

Bu barədə idarənin saytında məlumat verilib.

Girişin məhdudlaşdırılmasına səbəb “Rusiya mediasına qarşı ayrı-seçkilik”dir. 

Tənzimləyicinin məlumatına görə, 2020-ci ilin oktyabr ayından 26 belə hal qeydə alınıb. Son günlər sosial şəbəkə “Zvezda” telekanalı, RİA Novosti, Sputnik, Russia Today, Lenta.ru və Gazeta.ru saytlarının hesablarına girişi məhdudlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ