Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.
Buta.media APA-ya istinadən xəbər verir ki, general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə N. Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.