Ukraynaya yeni “Bayraktar”lar gəlib

Ukraynaya yeni “Bayraktar” pilotsuz uçuş aparatları gətirilib və artıq döyüş növbətçiliyinə çıxarılıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bəyan edib.

Nazirin sözlərinə görə, hazırda Ukraynaya kömək edən ölkələrin sayı və bu köməyin həcmi artır.

“Hətta bunu mümkünsüz hesab edənlər də qoşulur”, - o əlavə edib.

Reznikov həmçinin qeyd edib ki, Ukraynaya Stinger daşınan zenit raket kompleksləri və Javelin tank əleyhinə raketlərin tədarükü artırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ