Dünyanın ən böyük konteyner şirkətlərindən Rusiyaya qadağa

Martın 1-də İsveçrənin Aralıq dənizi Gəmiçiliyi Şirkəti (MSC), Danimarkanın Maersk və Fransanın CMA-CGM Rusiyaya və Rusiyadan konteynerlərin daşınması üçün müraciətləri dayandırdıqlarını elan etdilər.

Konteyner şirkətləri Rusiyanın Ukraynaya müdaxiləsini və bunun ardınca Rusiyaya qarşı sanksiyaları əsas gətirib.

Eyni zamanda, MCS və Maersk qeyd edib ki, onların qərarları ərzaq, tibbi avadanlıq və humanitar ləvazimatlar kimi zəruri malların çatdırılmasına şamil edilmir.

Gəmiçilik sənayesi nəşri Marine Insight görə, MSC, Maersk və CMA-CGM dünyanın üç ən böyük konteyner şirkətidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ