“Meta” servisləri - “WhatsApp”, “Facebook”, “Instagram” və “Threads”in işində problemlər yaranıb.
Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıblar.
İstifadəçilər əsasən mesaj göndərərkən və mobil proqramın işində problemlərlə üzləşiblər.
Oxşar problem Azərbaycanda istifadəçilər arasında da müşahidə olunur.