Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinin meri Gennadi Maçeqora həbs edilib.
Bu barədə “Ukrayna 24” telekanalı məlumat yayıb.
Maçeqora dövlət xəyanətində şübhəli bilinir. Qeyd olunur ki, o, Rusiya Silahlı Qüvvələrinin komandanlığı ilə razılaşaraq, Rusiya ordusunu nəqliyyat, yaşayış, yanacaq və yeməklə təmin edib.