Martın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Buta.media-ya verilən məlumata görə, havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.
Əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.