Xarkovun atəşə tutulması nəticəsində üç azərbaycanlı yaralanıb - ADLAR

Ötən gün Xarkov şəhərinin atəşə tutulması nəticəsində 3 azərbaycanlı sürücü xəsarət alıb.

Buta.media-nın Oxu.Az-a istinadən məlumatına görə, hadisələr zamanı yaralanan şəxslər Tahirov Samir Sürəddin oğlu, Bayramov Yusif Asif oğlu və Əsgərzadə Nadir Qadir oğludur.

N.Əsgərzadəyə ambulator yardım edilib.

Digər iki sürücü isə hazırda Xarkov Şəhər Mərkəzi Xəstəxanasında müalicə alır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ