Avropa İttifaqı birliyin hava məkanını Rusiya üçün tamamilə bağlayır.
Buta.media xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bəyan edib.
“Biz Aİ-nin hava məkanını Rusiya təyyarələri üçün bağlayırıq. Bu təyyarələr nə eniş edə biləcək, nə qalxa, nə də Aİ ərazisindən keçə biləcəklər”, - deyə o bildirib.
Bundan əlavə, Avropa İttifaqı Rusiya Mərkəzi Bankının bütün tranzaksiyalarına qadağa qoyacaq.
Ursula fon der Leyen həmçinin bildirib ki, Avropada Rusiyanın RT, Sputnik və digər media strukturlarına qadağa tətbiq olunacaq.