Kadırov: Ukraynada irimiqyaslı əməliyyatların başlanmasının vaxtıdır

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın Ukraynadakı hərbi əməliyyatını çox zəif adlandırıb və “bütün istiqamətlərdə irimiqyaslı əməliyyatların keçirlməsinə” çağırıb.

Buta.media-nın xəbərinə görə, o, bu barədə öz Telegram kanalında yazıb.

Kadırovun sözlərinə görə, Ukraynada millətçilər “güc dilindən” başqa heç nə başa düşmürlər və böyük şəhərləri təkcə “Tiqr”, “Ural” və “UAZ”larla “təmizləmək olmayacaq”.

“Ukrayna ərazisində bütün istiqamətlərdə irimiqyaslı əməliyyatların keçirilməsinə başlamaq lazımdır. Mən özüm şəxsən bir neçə dəfə terrorçulara qarşı taktika və strategiya hazırlamışam, döyüşlərdə iştirak etmişəm. Mənə görə Rusiyanın Ukraynadakı taktikası çox yavaşdır. Bu, çox uzun çəkir, və, mənim fikrimcə, effektsizdir”, - o yazıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

XƏBƏR LENTİ