Zelenski Rusiyaya danışıq yeri kimi Bakını təklif edib

Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər.

Buta.media-nın xəbərinə görə, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün artıq Belarusa gedib.

Onun sözlərinə görə, nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxil olub.

“Biz bu danışıqları Qomeldə başlamağa hazır olacağıq”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ