Azərbaycanda daha 1 041 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 041 yeni yoluxma faktı qeydə alınıb, 2 693 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Buta.media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 785 301 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 764 283 nəfər müalicə olunaraq sağalıb, 9 400 nəfər vəfat edib, aktiv xəstə sayı 11 618 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 849, ötən müddət ərzində isə 6 551 104 ümumilikdə test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ