Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üçüncü ölkələrin dinc əhalisinin ölümü ilə nəticələnib.
Buta.media-nın xəbərinə görə, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis öz Twitter səhifəsində yazıb.
“On günahsız mülki vətəndaş - etnik yunanlar - bu gün Rusiya aviasiyasının Mariupol yaxınlığına endirdiyi zərbələr nəticəsində həlak olublar. Bombardmanı dərhal dayandırın”.
Hadisənin Donetsk vilayətinin Buqas və Sartana kənldlərində baş verib. Yunanıstan rəhbəri hadisəni “Rusiyanın hücumunun qəbuledilməz aktı” kimi qiymətləndirib.
Yunanıstan Xarici İşlər Nazirliyi də Rusiyanın Afinadakı səfirinə kəskin etirazını bildirib və səfiri sabah nazirliyə çağırıb.