Rəsmi Kiyevin danışıqlardan imtina etməsindən sonra Rusiya Silahlı Qüvvələrinə Ukrayna üzrə bütün istiqamətlərdə hücum əmri verilib.
Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.
Ukraynanın bir çox şəhər və rayonlarında hazırda həyacan siqnalı verilib, əhaliyə sığınacaqlara yerləşmək barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.
İlk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.
Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub.