Ukrayna müharibədə hələk olanların sayını açıqladı

Ukraynanın səhiyyə naziri Viktor Lyaşko Rusiyanın hücumu nəticəsində üçü uşaq olmaqla 198 nəfərin öldüyünü açıqlayıb.

"Təəssüf ki, əməliyyat məlumatlarına görə, işğalçıların əlində 198 nəfər ölüb, onlardan 3-ü uşaq, 1115-i yaralanıb, onlardan 33-ü uşaqdır", - Lyaşko Facebook-da yazıb.

O, itkilərin təkcə mülki əhali, yoxsa hərbçilər arasında olduğunu dəqiqləşdirməyib. Bəzi Ukrayna KİV-ləri yazıb ki, söhbət mülki şəxslərdən gedir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ