Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər

“Gələn il Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqlarının artırılması məsələsinə baxılacaq”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Nazir bu il Daxili Qoşunların əməkdaşlarında maaşların artırıldığını xatırladıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ