Kiyev uğurunda döyüşlər başladı - VİDEO

Ukrayna Müdafiə Nazirliyi Kiyevin Obolon rayonunda düşmən diversiya qrupunun fəaliyyət göstərdiyini bildirib. 

Əlavə olaraq Kiyevin Minsk massivində silah səsləri eşidilir. Obolon metrostansiyası bağlıdır, onun ərazisində artilleriya atəşi eşidilir.

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna Rusiya ilə neytral statusla bağlı danışıqlara hazırdır, lakin o, təhlükəsizlik zəmanəti almalıdır.

“Ukrayna həmişə gedib və danışıqlar üçün yer buraxıb. O cümlədən indi - Rusiya tam miqyaslı işğala gedəndə. Bu müharibə dayandırılmalıdır. Bu hərbi əməliyyatlar dayandırılmalıdır”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ