AMB sədri manatın gələn il üçün gözlənilən məzənnəsindən danışdı

“Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir”.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

“Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir. Gələn il, o biri il üzən məzənnəyə keçək, belə məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik", - deyə T.Kazımov bildirib.

Qeyd edək ki, büdcə müzakirəsi zamanı deputat Əli Məsimli bildirib ki, üzən məzənnə rejiminə keçmək lazımdır:

“Beləliklə manatın ətrafında olan həyəcanlar aradan qalxar. Aydın məsələdir ki, yaxın illərdə üzən məzənnə rejiminə keçilməsi real görünmür”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ