Bloomberg hesab edir ki, ən böyük rusiyalı iş adamları Ukraynada hərbi əməliyyatların başlamasından bəri ilk gündə 39 milyard dollar itiriblər.
Agentliyin yazdığına görə, ən çox itirən LUKOIL-un prezidenti Vaqit Ələkbərov olub - onun sərvəti 6,2 milyard dollar azalıb (13 milyard dollara qədər).
“Severstal”ın direktorlar şurasının rəhbəri Aleksey Mordaşov 4,2 milyard dollar itirib (sərvəti 23 milyard dollara qədər azalıb).
"Norilsknikel" prezidenti və hazırda Rusiyanın ən varlı iş adamı Vladimir Potanin 3 milyard dollar itirib (sərvəti 26,1 milyard dollara qədər azalıb).
Fevralın 24-də Rusiyanın Ukraynada “hərbi xüsusi əməliyyatı”na başlaması fonunda Rusiya fond bazarı tarixin ən böyük çöküşünü yaşadı. Moskva birjasının indeksi 33,3%, RTS indeksi 39,4% azalıb. Avro və dolların məzənnələri müvafiq olaraq 100 və 90 rubl işarələrinə yaxınlaşıb.