Ərdoğan Ukraynanı dəstəklədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanı öz ərazisini müdafiə etməsini dəstəkləyib.

Buta.media-nın xəbərinə görə, Türkiyə lideri bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı deyib.

“Türkiyə Ukraynanı ərazi bütövlüyü ilə bağlı apardığı mübarizəni dəstəkləyir. Türkiyə Rusiya və Ukraynanı Minsk sazişi çərçivəsində danışıqlar yolu ilə bütün ziddiyətləri həll etməyə çağırır. Türkiyə həm öz vətəndaşlarının, həm krım tatarlarının və ümumlikdə, Ukraynada yaşayan bütün xalqların təhlükəsizliyinin təmin olunmasında bütün lazımi səyləri göstərməyə hazırdır”, - deyə Ərdoğan bəyan edib.

Xatırladaq ki, fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

İlk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.

Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ