Bu qurumlar AZCON-un idarəetməsinə verilir

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı məlum olub.

Aşağıdakı müəssisələr Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) publik hüquqi şəxsin idarəetməsinə verilir:

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

4. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

5. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

6. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti

7. Bakı Gəmiqayırma Zavodu

8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

8.1. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs

8.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

8.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti

8.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

8.5. “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti

8.6. “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi

9. Bu Siyahının 1–8-ci hissələrində nəzərdə tutulan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələr.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ