Rusiyanın iki gəmisi vuruldu

Azov dənizində Rusiyanın iki mülki yük gəmisi vurulub.

Buta.media-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, gəmilər Ukrayna Silahlı Qüvvələri tərəfindn raket atəşinə tutulub. Hadisə nəticəsində ölən və yaralananla barədə məlumat verilmir.

Xatırladaq ki, fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

İlk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.

Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ