Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə diplomatik əlaqələrin kəsildiyini bəyan edib.

Buta.media xəbər verir ki, onun sözlərini UNİAN agentliyi sitat gətirib.

Xatırladaq ki, fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

İlk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.

Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ