Xarkov raket hücumundan sonra - VİDEO

Sosial şəbəkələrdə Rusiyanın Ukraynanın Xarkov şəhəri ətrafına raket hücumunun nəticələrini əks etdirən görüntülər paylaşılıb.

Buta.media xəbər verir ki, videoda yaşayış binasının tamamilə yararsız hala düşdüyü görünür.

Hücumun “Smerç” raketləri ilə həyata keçirildiyi bildirilir.

Xatırladaq ki, fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

İlk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.

Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ