Rusiya-Ukrayna mühabirəsi: Hazırda nə baş verir - VİDEO

Fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

Buta.media xəbər verir ki, ilk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.

Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub. Ukrayna DİN-nin məlumatına əsasən, Odessa vilayətində Podolsk şəhərində 6 nəfər həlak olub, 7 nəfər yaralanıb, daha 19 nəfər isə itkin düşüb.

Mariupol şəhərində atışma nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb. Bununla yanaşı, Konotopsk bölgəsində avtomobil atəşə məruz qalıb. Nəticədə, bir qadınla uşaq xəsarət alıb.

Bundan əlavə Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərində hərbi aerodromun vurulub.  Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidmətinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətindəki Melovoye və Qorodişe kəndlərini işğal edib. 

Rusiya Müdafiə Nazirliyi bildirir ki, RF Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin aviasiyasını, hərbi infrastrukturunu, hava hücumundan müdafiə vasitələrini, hərbi aerodromlarını sıradan çıxarır.

Öz növbəsində Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 6 Rusiya təyyarəsi, 2 helikopteri və 2 tankını vurub, bir neçə yük avtomobili sıradan çıxarıb.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmağa təşəbbüs göstərib, lakin Rusiya tərəfi bu təklifdən imtina edib.

Ukraynanın Dövlət Sərhəd Xidməti həmçinin qeyd edir ki,“Ukraynanın Rusiya və Belarusla olan dövlət sərhədi Belarus Silahlı Qüvvələrinin dəstəyi ilə rus qoşunları tərəfindən hücuma məruz qalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ