“Buta Airways” Kiyevə bugünkü reysi ləğv etdi

“Buta Airways”in mətbuat xidmətinin məlumatı NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın “Buta Airways” aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü reysini ləğv edib.

Bu barədə Buta.media-ya şirkətdən məlumat verilib.

Məlumatda bildirilib ki, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər. Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ