Ukraynaya zərbələr: Odessa və Mariupuldan görüntülər yayıldı - VİDEO

Ukraynanın Mariupol şəhərində partlayışlar baş verib. 

Buta.media-nın xəbərinə görə, bu barədə AFP jurnalistləri məlumat yayıblar.

Bildirilir ki, Rusiya endirdiyi zərbələr nəticəsində infrastruktura ciddi ziyan dəyib. Həlak olan və yaralılar barədə xəbər yoxdur. 

Jurnalistlər qeyd edirlər ki, partlayış səsləri Kramatorsk və Odessa şəhərlərində də eşidilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

Rusiya - Ukrayna müharibəsinin gedişatını Telegram kanalımızda izləyə biləsiniz:

//web.telegram.org/z/#-1287303683

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ