Mask mütəmadi olaraq Putinlə danışır. Onlar nəyi müzakirə edirlər?

Amerikalı milyarder İlon Mask 2022-ci ilin sonundan etibarən Rusiya prezidenti Vladimir Putinlə mütəmadi olaraq əlaqə saxlayır, onlar “şəxsi mövzuları, biznes və geosiyasi gərginliyi” müzakirə edirlər. Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, ABŞ hökuməti bundan xəbərdardır, lakin danışıqları gizli saxlayır. Mask Putindən başqa, RF prezidentinin administrasiyasının rəhbəri Sergey Kiriyenko ilə də əlaqədə olub. 2022-ci ilin payızında politoloq Yan Bremmer bildirmişdi ki, Mask ona Putinlə söhbəti və Kremlin “qırmızı xətləri” haqda danışıb – Putin “nəyin bahasına olursa olsun” Krımı və Ukraynanın neytrallığını qorumaq niyyətindədir və Ukraynanın yarımadaya hücumuna nüvə silahı ilə cavab verəcək.

Həmçinin 2023-cü ilin sonunda Kreml Maskdan “Si Cinpinə görə” Tayvan üzərində “Starlink”i işə salmamağı xahiş edib. WSJ yazır ki, Maskın gizli danışıqları Trampın Rusiya Federasiyası ilə, o cümlədən Ukrayna ilə bağlı genişmiqyaslı saziş bağlamaq istəyini təsdiqləyə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ