Azərbaycanda uşaqlarda ən çox rast gəlinən qurd növləri açıqlanıb

“Azərbaycanda insanların quyruq növ kimi adlandırdığı enterobioz qurd növü uşaqlar arasında rast gəlinir. Askarid qurdları isə ikinci sırada gəlir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, qurdlar adətən nəcis analizlərində aşkar olunur.

E.Rəhimov əlavə edib ki, uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxurlar:

“Ötən ilin rəqəmlərinə gəlincə, 434 minə yaxın uşağın analizi aparılıb, onlardan 32 911 uşaqda qurd invaziyası aşkar edilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ