Ukraynada fövqəladə vəziyyət elan edilib

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qərar qəbul edib.

Bu barədə Ukrayna Ali Radası məlumat yayıb.

Qərar qanunverici orqanda təsdiqlənəndən sonra qüvvəyə minəcək və ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.

Zərurət yaranarsa, bölgələrdə komendant saatı da tətbiq ediləcək.

Ölkənin Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov qeyd edib ki, Ukraynada səfərbərlik barədə qərar qəbul edilə bilər, lakin hələ səfərbərlik elan olunmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ