Bakıda evlərin söküntüsü zamanı iki nəfər xəsarət alıb - video

Bakının Yasamal rayonu Birinci Alatava yaşayış massivində sakinlər evdə olarkən söküntü işlərinin aparılması ilə bağlı xəbər vermişdik. Hadisə nəticəsində evlərini tərk edə bilməyən iki nəfərin xəsarət aldığı deyilirdi.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, hər iki şəxs KTM-yə yerləşdirilib və onlara ilkin tibbi yardım olunub. Vəziyyətləri stabil olduğu üçün evə buraxılıblar.

İddialara görə, söküntünü həyata keçirən “Melissa” tikinti şirkətidir.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi görülmüş operativ tədbirlər nəticəsində Alatava yaşayış məntəqəsində başlanılmış özbaşına söküntü işlərinin tamamilə dayandırıldığını və ərazinin ciddi nəzarətə götürüldüyünü açıqlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ