Göygöldə qadın meyiti tapıldı

Göygöl Rayon Polis Şöbəsinə Gəncəçayın rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ