Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işlərinin aparıldığı deyilir.
Bir neçə həftə əvvəl çəkildiyi deyilən videodan görünür ki, vətəndaşlar eyvanda dayanaraq söküntü prosesini izləyirlər. Onların çığırtılarından bilinir ki, söküntü haqda əvvəlcədən məlumatları olmadıqları üçün evlərini tərk edə bilməyiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Qafqazinfo-ya bildirib ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.
İddialara görə, söküntünü həyata keçirən “Melissa” tikinti şirkətidir.
Xatırladaq ki, ötən ay da həmin ərazidə yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü bildirmişdilər.