Qırmızı işıqda keçən avtomobillərin qəzaya düşmə görüntüləri yayıldı - video

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin kameralarının qeydə aldığı bir çox qəzalar sürücülərin işıqforun qırmızı işığında keçməsi səbəbindən baş verib.

Mərkəz son vaxtlar kameralara düşmüş bəzi qəzaların görüntülərini yayıb.

Bildirilib ki, bəzən ölüm və xəsarətlə nəticələnən bu cür yol-nəqliyyat hadisələri onların ani diqqətsizlik və səbrsizlik göstərməsi nəticəsində olur:

“İşıqforun yaşıl işığının bitməsinə 1 saniyə qalmış sürəti daha da artırıb yollarına davam etmək istəyən belə sürücülər özlərinin və digərlərinin həyatını təhlükə altında qoyurlar. Ümid edirik ki, müşahidə kameralarına düşən bu videolardan sürücülər nəticə çıxarar və işıqforun qadağanedici işarəsindən keçməyin nə qədər təhlükəli olduğunu görmüş olarlar”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə sürücülər barəsində 100 manat və 3 cərimə balı tətbiq edilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ