Fətullah Gülən öldü

FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb.

Bu barədə məlumatı FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” saytı öz “X” hesabında paylaşıb.

O, dünən yerləşdirildiyi xəstəxanada vəfat edib. 

Fətullah Gülənin ölümünün ilkin səbəbi kimi böyrək xəstəliyi göstərilir. Qeyd edilir ki, FETÖ lideri uzun illər böyrək çatışmazlığından əziyyət çəkirdi. Onun son vaxtlar vəziyyətinin kəskin pisləşdiyi məlum idi.

83 yaşlı Gülənin qohumu Ebuseleme Gülən də sosial şəbəkə hesablarında paylaşım edərək onun ölüm xəbərini təsdiqləyib. 

Qeyd edək ki, FETÖ lideri 1999-cu ildən ABŞ-də yaşayırdı. Onun sonuncu dəfə oktyabrın 14-də Pensilvaniya ştatındakı yeni evindən çıxarkən dronlar vasitəsilə çəkilmiş görüntüləri yayılmışdı. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ