Çin Sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi Rusiyaya səfər edəcəklər.
Bu barədə məlumatı hər iki ölkənin Xarici İşlər Nazirlikləri yayıb.
Si Cinpinlə Narendra Modi oktyabrın 22-dən 24-nə qədər Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcəklər.
Qeyd edək ki, bu il BRICS-ə Rusiya sədrlik edir. Oktyabr sammitində 24 dövlət başçısı, eləcə də BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB və Avrasiya İqtisadi Birliyinin Baş katibləri iştirak edəc