Yük maşınının qapısı qadına dəymişdi. Xəstəxanada dünyasını dəyişdi

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 16-sı Biləcəri qəsəbəsində “KamAZ” markalı yük maşını hərəkətdə olarkən qapısı açılaraq yol kənarındakı piyadaya dəyib.

Nəticədə piyada Kəmalə Novruz qızı Rəhmanova ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq o, oktyabrın 13-ü Kliniki Tibbi Mərkəzdə vəfat edib

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ