Minlərlə Şimali Koreya əsgəri Ukraynaya qarşı müharibəyə hazırlaşır - ISW

Şimali Koreyadan olan əsgərlər artıq Ukraynada döyüşürlər və bir neçə min KXDR hərbçisi Rusiyada təlim keçir. Yəqin ki, onlar gələcəkdə cəbhə xəttinə göndərilə bilər. Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklər “The Washington Post”a istinadən bildirirlər ki, Cənubi Koreya və Ukrayna rəsmiləri bəyan ediblər ki, Şimali Koreya əsgərləri artıq Ukraynada Rusiya qoşunları ilə birgə fəaliyyət göstərir. Ukrayna hərbi kəşfiyyatının sözçüsü qeyd edib ki, ayrı-ayrı Şimali Koreya zabitləri Rusiya qoşunlarını izləyir və Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisində döyüş meydanını öyrənirlər, lakin Kiyev hələ də Şimali Koreya bölmələrinin Ukraynada döyüşdüklərini görməyib.

“Ukrayna hərbi kəşfiyyat rəsmisi əlavə edib ki, “bir neçə min” Şimali Koreyalı əsgər Rusiya ərazisində təlim keçir və Rusiya hərbi komandanlığı onları 2024-cü ilin sonuna qədər Ukraynadakı cəbhə xəttinə və ya Rusiyanın sərhəd bölgələrinə köçürə bilər. Bununla RF SQ komandanlığı Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiya “qüvvələrini azad edəcək”, - ISW yazır.

Qeyd olunur ki, Şimali Koreya Donetsk vilayətində fəaliyyət göstərir. Analitiklər həmçinin xatırladırlar ki, bu yaxınlarda Donetsk yaxınlığındakı raket hücumu nəticəsində bir neçə Şimali Koreya zabiti həlak olub.

“Rusiyanın cəbhə xəttində yerləşdirə biləcəyi Şimali Koreya qüvvələrinin miqyası bəlli deyil, lakin bu ssenarilər Rusiyanın Ukraynada prioritet hücum istiqamətlərində əməliyyatlara əlavə qüvvələr cəlb etmək səylərinə və 2024-cü ilin yayında başlayan Rusiyanın hücum əməliyyatının kulminasiyasını uzatmağa kömək edə bilər”, hesabatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ