Almaniya yığmasının sabiq türk futbolçusu Mesut Özil Azərbaycana gəlib.
Bu barədə gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, M. Özil “Qarabağ” klubunun qonağı olacaq. O, əvvəlcə komandanın məşqini izləyəcək, daha sonra isə gənc futbolçularla əyləncəli oyun keçirəcək.