Bakıda vəhşicəsinə qətlə yetirilən 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlunun fotoları yayılıb.
Buta.media-nın xəbərinə görə, görüntüləri Azxəbər.com saytı yayıb.
Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıbv.
Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.