Paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü müğənni Vüqar Namazov bıçaqlanıb.
Bu barədə Qafqazinfo.az xəbər yayıb.
Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.
Bildirilir ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.
Vüqar Namazovu göl kənarında bıçaqlayıblar
Binəqədi rayonu, birinci mədən yaşayış massivi ərazisində bıçaqlanan və müğənni kimi fəaliyyət göstərən 1985-ci il təvəllüdlü Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır.
Oxu.Az hadisənin təfərrüatını öyrənmək üçün Ülviyyə Namazova ilə əlaqə saxlayıb.
O açıqlamasında bildirib ki, qardaşını maşına mindirib Binəqədidə göl kənarında bıçaqlayıblar:
“Hər gün bir yerdə oturub durduqları adamdır. Hadisə baş verəndə Azərbaycanda deyildim. Bu hadisə 3 gün əvvəl olub. Yeyib-içiblər. Oğlan məhəllədə reket kimi danışan biridir. Qardaşım maşında musiqiyə səs veribmiş, o da deyib mahnının səsini al. İçkili halda onlar arasında mübahisə yaranıb. Oğlan qardaşıma yumruq atıb. Qardaşım da deyib ki, “bura məhəllədir, qadınlar var, gəl gedək başqa yerdə danışaq görək mənə niyə əl qaldırırsan”.
Ü.Namazovanın sözlərinə görə, qardaşı qonşusunun avtomobilinə əyləşib məhəllədən çıxıblar.
“Qardaşımı 3 nəfər qonşu maşına mindiriblər. Binəqədidə göl kənarında sıx meşəlik var. Orada isə heç kim olmur. Aparıb orada bıçaqlayıblar. Xəstəxanaya da aparmayıblar. Gəlib deyib ki, vurdum öldürdüm. Məhəllədə qardaşımın dostu var o bunu eşidib, qonşular ilə oraya qaçıb. Bu şəxs qardaşımı vurduğu yeri də deməyib. Qardaşım deyir ki, “yıldım ki, sıx meşəlikdəyəm, öləcəyəm, işıq gələn yerə çıxdım”. O, qan itirə-itirə 600-700 metr meşənin çölünə doğru qaçıb. Qardaşım işıq gələn yerə çıxmasa, qonşu onu tapmasa, qan itirmədən öləcəkdi. Bundan sonra xəstəxanaya aparılıb. Ona 3 bıçaq zərbəsi endirilib. Biri mədəsinə tuş gəlib, mədəsi deşilib. Biri döş qəfəsinə dəyib, biri də onikibarmaq bağırsağına. Hazırda vəziyyəti yaxşıdır palatadadır”.