Xocalı və Xocavənd istiqamətində mövqelərimiz atəşə tutuldu

Azərbaycan ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub.

Bu barədə Buta.media-ya Müdafiə Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, Azərbaycan ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ