“Hizbullah” liderinin mümkün varisi də öldürüldü

İsrail aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində Həsən Nəsrullahın ölümündən sonra "Hizbullah"ın baş katibi olmağa əsas namizəd kimi göstərilən Haşim Səfiuddin həyatını itirib.

Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, aviazərbə nəticəsində Haşim Səfiuddinlə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də həlak olub.

Xatırladaq ki, daha əvvəl HƏMAS lideri İsmayıl Haniyə, "Hizbullah" lideri Həsən Nəsrullah və SEPAH-ın komandiri Abbas Nilfuruşan da İsrail tərəfindən qətlə yetiriliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ