"Azərenerji"-nin prezidentinə şiddətli töhmət verilib

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ