ÜST COVID-19-un daha təhlükəli ştammı ilə bağlı xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus COVID-19-un daha təhlükəli ştammının yarana biləcəyi ehtimalından danışıb.

Buta.media xəbər verir ki, Qebreyesusun sözlərinə görə, hazırda koronavirusun yeni daha yoluxucu və təhlükəli növünün yaranması üçün ideal şərait mövcuddur.

O qeyd edib ki, bəzi ölkələrdə əhalinin genişmiqyaslı vaksinasiyası və omikron-ştammının daha yüngül keçməsi faktı “pandemiyanın bitməsi ilə bağlı təhlükəli narrativin” yaranmasına səbəb olub. Lakin ÜST rəhbəri xatırladıb ki, hər həftə COVID-19-dan 70 minə yaxın insan ölür, səhiyyə sistemləri yüklənib, virusun təkamülünün müşahidəsi isə lazımi səviyyədə deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ