Bakı Dövlət Universitetinin (BDU) tələbəsi vəfat edib.
Bu barədə BDU məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində "Politologiya" ixtisası üzrə təhsil alan IIl kurs tələbəsi Kənan Abıyev yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.
"BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.