Ukrayna ordusunun hərbi qulluqçusu Donbasda qəlpə yarasa alaraq vəfat edib.
Buta.media-nın xəbərinə görə, bu barədə “Korrespondent” nəşri Ukrayna Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahına istinadən məlumat yayıb.
Rəsmi Kiyev bildirir ki, separatçılar 122 mm-lik artilleriya sistemlərindən, o cümlədən 122 mm və 82 mm minaatanlardan, həmçinin müxtəlif növ qumbaraatanlardan istifadə edirlər. Bundan əlavə, Donetsk vilayətində təmas xəttini keçən PUA qeydə alınıb.