Bakıda öldüyü deyilən müğənni beş gün sonra ayıldı - video

Vətən müharibəsi qazisi, müğənni Taleh Məmmədov ağır qəzaya düşdükdən sonra bir neçə gün komada qalıb.

Titul.Az xəbər verir ki, Taleh beş gün komadan sonra ayılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Talehin öldüyü ilə bağlı feyk məlumatlar yayılmışdı. Bundan sonra onun ailə üzvləri və dostları sözügedən məlumatların həqiqətə uyğun olmadığını və belə yalan məlumatlar yayanlara dezinformasiyanı dayandırmaq barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib. İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın TIR-la toqquşub. T. Məmmədov dərhal 1 saylı şəhər xəstəxanasına (“Semaşko”) yerləşdirilib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ