Vəfa Şərifova ilə Şəbnəm Tovuzlu arasında qalmaqal böyüyür - video

Azərbaycanlı müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova “Sən olan yer cənnətdir” mahnısı uğrunda “dava” edirlər.

İfaçılar arasında qalmaqala səbəb bəstənin müəllifi Arzu Məmmədova olub, mahnını hər ikisinə satıb, özü isə yoxa çıxıb.

Şəbnəm Tovuzlunun sosial şəbəkədə bildirib ki, bu mahnını ilk o alıb, ona görə də trek ona məxsusdur. Müğənni hüquq-mühafizə orqanları ilə əlaqə saxladığını və müqavilə bağlayarkən Arzu Məmmədovanın ona verdiyi bütün sənədləri təqdim etdiyini deyib.

Vəfa Şərifova da öz növbəsində həmkarının yalan danışdığını və mahnının ona məxsus olduğunu, bu səbəbdən bəstəni repertuarından çıxarmaq fikrində olmadığını açıqlayıb. Onun sözlərinə görə, Şəbnəm Tovuzlu hər dəfə ona zəng vurub hədələyir, hətta bu bəstəyə çəkilən videosunu Youtube-dan bir dəfə sildirib. Lakin Vəfa Şərifova mahnını yenidən yükləyib.

Onun kimi mənim də sübutum var ki, Şəbnəm məni hədələməkdən əl çəkməsə, onun haqqında bütün başqa faktları açıqlayacam, qoy nə istəyir desin, bu mahnını oxumağa davam edəcəyəm”.

Həmkarları ifaçıları hər kəsin bir neçə gündən sonra unuda biləcəyi hansısa mahnıya görə dava-dalaşı dayandırmağa çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ