Bərdədə azyaşlı qızın nişan mərsimi: Dövlət qurumları hərkətə keçdi - VİDEO

Sosial şəbəkələrdə Bərdədə azyaşlı qızın məcburən nişanlanması ilə bağlı görüntülər yayılıb. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadədə də bununla bağlı çoxsaylı müraciətlər aldığını bildirib.

O, həmin görüntülərin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülməməsi ilə bağlı narazılığını ifadə edib: “Dünəndən 221 nəfər bu videonu mənə göndərib. Mənə yox, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərin, onlar dərhal “nəzarətə” götürsünlər. Komitədən açıqlama olub? Bilmirsiniz? Bu qız deyilənə görə, Bərdə rayonu, Soğanverdi kəndindəndir...”

DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev görüntülərin araşdırıldığını bildirib: “Görüntülərin Bərdə rayon Soğanverdi kəndində olması ilə bağlı iddialar yoxlanılıb, təsdiqini tapmayıb. Araşdırmalar davam etdirilir”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, fakt araşdırılıb: “Araşdırmalar nəticəsində görüntülərin Bərdədə çəkilməsi faktı təsdiqini tapmayıb. Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalar davam etdirilir”.

Mənbə: Qafqazinfo

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ